Dəm qazı daha bir can aldı

19 Yanvar 2017 14:57 (UTC+04:00)

Bakı şəhərində dəm qazından zəhərlənmə faktı yaşanıb. Movqe.az Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, yanvarın 18-də Xətai rayonu ərazisində yaşayan Bakı şəhər sakini Eldar Əhmədov dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.