5 gün əvvəl intihara cəhd etmiş Bakı sakini dünyasını dəyişib

19 Yanvar 2017 15:59 (UTC+04:00)

Bakıda 5 gün əvvəl kirayə yaşadığı evdə intihara cəhd edən şəxs ölüb. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü E.İ. kirayədə yaşadığı evin həyətində özünü iplə asıb. Bunu görən ev sahibi onu dərhal xilas edib. E.İ. 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilən şəxs bu gün orada ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.