Rusiya ABŞ-ı Suriya üzrə danışıqlara dəvət edib

19 Yanvar 2017 21:30 (UTC+04:00)

Rusiya ABŞ-ı Astanada keçiriləcək Suriya böhranı üzrə danışıqlara dəvət edib.Trend-in məlumatına görə, bu barədə jurnalistlərə RF xarici işlər naziri Sergey Lavrov bildirib.S.Lavrov jurnalistlərin "Rusiya ABŞ-ı hansı şərtlərlə Suriya danışıqlarına dəvər edəcək" sualına cavabında deyib: "Artıq dəvət etmişik".

Qeyd edək ki, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar yanvarın 23-də keçiriləcək.