Çavuşoğlu: ABŞ terrorla mübarizədə Türkiyəyə dəstək vermir

20 Yanvar 2017 13:30 (UTC+04:00)

ABŞ-ın Türkiyə ərazisindəki İncirlik bazasından istifadə etməsinə baxmayaraq, Vaşinqton “Fərat qalxanı” əməliyyatı çərçivəsində terrorçuluğa qarşı mübarizədə Türkiyəyə dəstək vermir.

Movqe.az-ın məlumatına görə, bunu “Washington Post” qəzetinə müsahibədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir deyib ki, hazırda İŞİD terror təşkilatına qarşı Türkiyə və Rusiya fəal mübarizə aparır. ( Trend )