Malena Mard: Faciəvi hadisələr daha yaxşı gələcək naminə insanlığa ehtiyacın olmasını vurğulayır

20 Yanvar 2017 14:27 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard 20 Yanvar ümumxalq matəm günü ilə əlaqədar hadisə qurbanlarının ailələrinə və yaxınlarına baş sağlığı verib.

Movqe.az-ın Aİ səfirliyinin rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, səfir bildirib ki, bu faciəvi hadisələr daha yaxşı bir gələcək naminə sülh, ədalət, barışıq və insanlığa ehtiyacın olmasını vurğulayır. ( Trend )