Çavuşoğlu: Türkiyə ABŞ-ın Güləni ekstradisiya edəcəyinə ümid edir

20 Yanvar 2017 17:00 (UTC+04:00)

Ankara ümid edir ki, ABŞ Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiyasını həyata keçirəcək.Movqe.az-ın məlumatına görə, bunu “Washington Post” qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir deyib: “ABŞ hökumətinin Güləni təhvil verməkdən imtina etməsi Türkiyədə antiamerika əhval-ruhiyyəsinin yaranmasına səbəb olub. ABŞ Türkiyənin etimadıını bərpa etməlidir”.