Qanunsuz ov edən şəxsdən 3 tüfəng müsadirə edilib

20 Yanvar 2017 19:00 (UTC+04:00)

Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.