Ananın qızına verdiyi cəza şoka saldı

21 Yanvar 2017 13:00 (UTC+04:00)

Pakistanda keçən ilin iyun ayında baş verən hadisə hələ də hər kəsin marağındadır. Belə ki, ana Parveen Bibi 18 yaşlı qızı Zeenat Rafiqı diri-diri yandırıb, sonra isə qonşulara bu barədə xəbər verib, bildirib ki, namusunu belə təmizləyib. Qızı 4 günün gəlini olub. Ananın bəyənmədiyi bəy namizədi seçib, onunla ailə quran qızına ana belə cəza verib. Ana qızını yatağa bağlayıb, sonra isə otağı yandırıb. 

Qeyd edək ki, anaya edam cəzası verilib.

big.az