Novxanı sakinindən 9 kq-a yaxın narkotik müsadirə olunub

21 Yanvar 2017 13:28 (UTC+04:00)

Novxanı kənd sakini Əli Ələsgərovdan 8,361 kq marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Abşeron RPİ və Mehdiabad PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kənd sakini Əli Ələsgərovdan 8 kiloqram 361 qram marixuana götürülüb.