Qaçqın düşərgəsində partlayış - ölü və yaralılar var

21 Yanvar 2017 18:35 (UTC+04:00)

Suriya-İordaniya sərhədində suriyalı qaçqınların məskunlaşdığı əl-Rakban düşərgəsində baş verən partlayışda ilkin məlumata əsasən 4 nəfər ölüb.

Movqe.az  trend-ə istinadən xəbər verir ki, partlayıcı qoyulmuş avtomobilin partladılması nəticəsində çoxlu sayda insan yaralanıb.

Qaçqın düşərgəsində 70 min ailə yaşayır.