Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib (FOTO)

22 Yanvar 2017 16:21 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.