"Bozbaş"ın "ağsaqqal"ı evlənir

23 Yanvar 2017 11:14 (UTC+04:00)

"Bozbaş pictures" komandasının aktyoru Azər Baxşəliyev ailə qurmağa hazırlaşır.

Movqe.az ölkə.az-a istinadən məlumatına görə, yanvarın 14-də aktyorun nişanı olub. Mərasimdə hər iki ailəyə yaxın şəxslər iştirak ediblər. Cütlüyün toyunun yazda olacağı bildirilir.

Xatırladaq ki, Azər Baxşəliyev "Bozbaş pictures"dəki ağsaqqal obrazının ifaçısıdır.