Çin doğum rekordlarını qırır

23 Yanvar 2017 11:45 (UTC+04:00)

2016-cı ildə Çində 17,86 milyon nəfər anadan olub.
Movqe.az  xəbər verir ki, bu barədə səhiyyə və planlı doğum üzrə Dövlət Komitəsinin nümayəndəsi Yan Vençjuan məlumat verib.
Bu, 2000-ci ildən bəri ən yüksək doğum səviyyəsidir. Müqayisə üçün bildirək ki, 2011-2015-ci illərdə orta illik doğum göstəricisi bundan 1,4 milyon nəfər az olub.
Çin hökuməti nümayəndələri "bir ailə - bir uşaq" prinsipindən imtinanın lap yerinə düşdüyünü və çox effektiv olduğunu qeyd edir.
Qeyd edək ki, Çin demoqrafik siyasətinə 2015-ci il oktyabrın sonunda dəyişikliklər etmək qərarına gəlib. Hakim Kommunist Partiyası ailələrə iki övlad sahibi olmaq icazəsi verib.

report