Təbriz klubu növbəti qələbəsini qazandı

23 Yanvar 2017 14:45 (UTC+04:00)

İran çempionatında 17-ci turun oyunları keçirilir.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, “Tracktorsazi” klubu səfərdə səfərdə “Peykan”la qarşılaşıb. Oyun təbrizlilərin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. 37 xalı olan “Qırmızı qurdlar”ı lider “Persepolis”dən cəmi 1 xal ayırır.

Təbrizin digər təmsilçisi “Maşın Sazi” isə öz meydanında “Səba Qum”la heç-heçə oynayıb. “Maşın Sazi” 9 xalla sonuncu pillədə qərarlaşıb.