Yasamalda yaşayış binasında yanğın olub

23 Yanvar 2017 15:22 (UTC+04:00)

Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsəndə quraşdırılmış elektirik lövhəsində 8 ədəd elektirik sayğacı və 3 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.