Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara münasibət bildirib

23 Yanvar 2017 15:34 (UTC+04:00)

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 Movqe.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-nın sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
 
Qeyd edək ki, bəzi təhsil ekspertləri bir çox dövlət universitetlərinin bağlanacağı barədə açıqlama veriblər.