Zaqatalada 5 otaqlı ev yanıb

23 Yanvar 2017 18:15 (UTC+04:00)

Gündüz saatlarında Zaqatalada yanğın faktı qeydə alınıb. Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan birmərtəbəli kürsülü, 5 otaqlı evin 1 otağının tüstü bacasının ətrafı 5 m² yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.