Nazir: “Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”

24 Yanvar 2017 12:15 (UTC+04:00)

 “Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.
Movqe.az  xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.