Lavrov və Çavuşoğlu Suriya danışıqlarını müzakirə ediblər

24 Yanvar 2017 14:36 (UTC+04:00)

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Astanada davam edən Suriya danışıqlar prosesini müzakirə ediblər.

Movqe.az xəbər verir ki, bu barədə Trend Türkiyə XİN-ə istinadən məlumat verir.

Qeyd edək ki, Suriya münaqişəsi ilə bağlı danışıqlar ötən gün başlayıb. Prosesdə Suriyanın hökumət və müxalifət nümayəndələri, Rusiya, Türkiyə və İran rəsmiləri, eləcə də BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura iştirak edirlər.