Bakıda mənzildən 5 min dollar və 13 min manatlıq qızıl oğurlanıb

24 Yanvar 2017 14:47 (UTC+04:00)

Bakı şəhərində mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərdən birindən 5000 ABŞ dolları, 13000 manat dəyərində qızıl əşyalar, 1 ədəd kompüter və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Məmmədli tutulub