"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR

28 Yanvar 2017 12:06 (UTC+04:00)

İddialara görə, dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "Whatsapp" çoxlarını məyus edəcək yenilik etməyə hazırlaşır.

Movqe.az bildirir ki, bu yenilik "screenshot"la (ekranın şəklini çəkmək) bağlıdır. Belə ki, artıq "Whatsapp"da mesajları, şəkilləri skrin etdikdə qarşı tərəfə bildiriş göndəriləcək.

Qeyd edək ki, bu funksiya hazırda "Instagram", "Snapchat" və "Periscope"da tətbiq olunur. "Whatsapp"a isə yaxın günlərdə gələcəyi iddia edilir.

milli.az