Mark Zukerberq prezidentliyə namizəd olacaqmı?

30 Yanvar 2017 21:31 (UTC+04:00)

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olacağı barədə yayılan söz-söhbətə münasibət bildirib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, M. Zukerberq "BuzzFeed"in bu barədə sualına birmənalı cavab verib: "Yox".
 
O, hazırda sosial şəbəkənin və "Chan Zuckerberg Initiative" fondunun işləri ilə məşğul olduğunu deyib.
 
M. Zukerberqə yaxın mənbə də onun prezidentliyə namizəd olacağı barədə məlumatların əsassız olduğunu vurğulayıb.
 
Qeyd edək ki, M. Zukerberq il ərzində ABŞ-ın bütün ştatlarına səfərlər edəcəyini açıqlayıb. Bu açıqlama onun prezidentliyə namizəd olmağa hazırlaşdığı barədə şayiələrin yayılmasına səbəb olub.