Bu balaca qız "ağac adam"a çevrilir

31 Yanvar 2017 11:47 (UTC+04:00)

10 yaşlı Şahanə dünyanın ən nadir və qorxulu xəstəliklərindən olan ziyilli epidermodisplaziyaya (epidermodysplasia verruciformis, EV) mübtəladır. "Ağac adam sindromu" kimi tanınan bu xəstəliyə yoluxanların bədənlərinə iri ziyillər çıxır və sonra da bu ziyillər böyüyür, möhkəmlənir, sümük kimi olur. İnsan sonucda "ağac"a bənzəyir.

Movqe.az milli.az-a istinadən bildirir ki, 10 yaşlı Şahanədə xəstəlik 6 ay əvvəl özünü büruzə verib. Az sonra onun bədənində böyük ziyillər yaranıb və bütün dərisinə yayılmağa başlayıb.

Şahanənin ailəsi Banqladeşin ucqar kəndlərindən birində yaşayır.

Qız indi paytaxt Dəkkədəki tibb kollecinin hospitalında müalicə olunur.