Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

1 Fevral 2017 11:57 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 56,79 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,97 dollar/barel çoxdur.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 56,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 31-də 53,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 31-də 55,75 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.