Qətər - Azərbaycan matçının başlama vaxtı müəyyənləşdi

1 Fevral 2017 10:57 (UTC+04:00)

Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq görüşünün başlama saatı və stadionu müəyyənləşib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Qətər Futbol Assosiasiyasının rəsmi saytı qarşılaşmasının Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacağını yazıb.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Şeyx Cassim ibn Hamad adına stadion 15 min tamaşaçı tutumuna malikdir.