Əli Həsənov Səudiyyə Ərəbistanında səfərdədir

1 Fevral 2017 13:46 (UTC+04:00)

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.