31 yaşlı kişi 89 yaşlı qadına vuruldu - FOTO

1 Fevral 2017 20:47 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında yaşayan Kris Salvatore 89 yaşlı Norma Kuka aşiq olub.
Movqe.az xəbər verir ki, onlar 4 il əvvəl, Salvatore Qərbi Hollivuddakı evə köçəndə tanış olublar.
"Norma məni bir qədəh şampana dəvət etdi və o vaxtdan birlikdəyik. Onu çox sevirəm", - Kris deyib.
Leykemiya xəstəsi olan Norma son 10 ildə özünü pis hiss edir. Aktyor və musiqiçi Kris isə Normaya qulluq edir. (milli.az)