Günün statistikası dəyişdi - Bakıda 4 qəza, 1 ölü, 12 yaralı

1 Fevral 2017 16:27 (UTC+04:00)

Movqe.az bildirir ki, gün ərzində Bakı şəhərində baş verən yol qəzalarının sayı artmaqdadır. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, paytaxt ərazisində daha 2 yol nəqliyyat hadisəsi baş verib ki, bu da gün ərzində baş verən qəzaların sayını 4-ə çatdırıb. Onun sözlərinə görə, hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Ümumilikdə, günorta saatlarına qədər Bakıda 4 yol qəza hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol qəzalarının baş verməsinə səbəb yol və meteroloji şəraitin sürücülər tərəfindən nəzərə alınmamasıdır.