Bakıda yaşayış binasında yanğın söndürülüb

2 Fevral 2017 10:08 (UTC+04:00)

Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb. Movqe.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Xətai rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı 7 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı 20 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin tavanı 6 m² sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə yanıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.