Viber-dən bu ölkələrə zəng PULSUZ OLACAQ

2 Fevral 2017 11:38 (UTC+04:00)

"Viber" messencerinin sahibi olan "Rakuten Inc." şirkətinin icraçı direktoru Xirosi Mikitani ABŞ prezidenti Donald Trampın immiqrasiya fərmanında adı keçən 7 ölkəyə zəngləri pulsuz edəcəklərini açıqlayıb.

Movqe.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı o, özünün Tvitter səhifəsində yerləşdirib.
 
O bildirib ki, hazırda ABŞ-da baş verənləri müşahidə etmək onun üçün çox kədərlidir, çünki özü Amerikaya 7 yaşı olarkən Yaponiyadan köçüb.
 
Xirosi Mikitani tezliklə "Viber"dən İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənə zənglərin pulsuz olacağını da vurğulayıb.