28 yaşlı oğlan özünü asdı

2 Fevral 2017 12:19 (UTC+04:00)

Şabran rayonunda intihar faktı qeydə alınıb.  APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Elvin Ağamirzə oğlu özünü asıb. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Şabran Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Fakt araşdırılır.