62 yaşlı qadının meyiti evdə tapıldı

2 Fevral 2017 13:19 (UTC+04:00)

Bakıda mənzildən qadın meyiti tapılıb. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Mənzildən 1955-ci il təvəllüdlü Hüseynova Zemfira Əjdər qızının cəsədini aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.