85 yaşlı piyadanı maşın vurdu

2 Fevral 2017 13:58 (UTC+04:00)

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Daewoo” markalı, 50 AD 781 dövlət nömrə nişanlı avtobus yolu keçən 85 yaşı kişini vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.