Bakıda qar faciəsi: buzlu yolda yıxılıb öldü

2 Fevral 2017 14:20 (UTC+04:00)

Fevralın 1-də Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Movqe.az xəbər verir ki, Yasamal rayonunun Ə.Əhmədov küçəsində Bakı şəhər sakini, 47 yaşlı Daməd Hüseynov sürüşüb yıxılıb. O, ağır xəsarət alıb və hadisə yerində ölüb.