Prezident İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılışında iştirak edib

2 Fevral 2017 14:42 (UTC+04:00)

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə çıxış edib. Məraimdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar, xalq artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev və xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxış ediblər.