Ermənilərin əlinə keçən Azərbaycan vətəndaşı barədə rəsmi məlumat yayıldı

2 Fevral 2017 15:49 (UTC+04:00)

Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.
Bu barədə Modern.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.