Ermənistan ordusuna məxsus avtomobil qəzaya uğrayıb, 26 əsgər xəsarət alıb

2 Fevral 2017 17:00 (UTC+04:00)

Ermənistanda “Ural” markalı hərbi avtomobil qəzaya uğrayıb. APA-nın “tert.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Qafan rayonu ərazisində baş verib. Qəza nəticəsində 26 hərbçi xəsarət alıb. Onlar hospitala yerləşdirilib. Ölənlər haqqında hələlik məlumat verilmir.