Çeçenistanda “quş qripi” yayılıb

2 Fevral 2017 16:32 (UTC+04:00)

Çeçenistanda “quş qripi” ilə bağlı karantin elan olunub. APA-nın “Kavkaz-uzel” saytına istinadən verdiyi məlumata görə, karantin respublikanın Qudermes rayonunu əhatə edir. 

Qudermes rayonunun Novoqroznı yaşayış məntəqəsində “quş qripi” ocağı aşkarlanıb. Yaxınlıqdakı digər 10 yaşayış məntəqəsində karantin elan olunub. Əhaliyə ev quşlarının tələf olması hallarına rast gəldikdə dərhal veterinar xidmətlərinə məlumat verilməsi məsləhət görülüb.

Fevralın 13-dək qüvvədə olacaq karantin rejimi zamanı respublikaya qonşu regionlardan quş əti və digər məhsulların gətirilməsinə məhdudiyyət qoyulub.