Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

3 Fevral 2017 09:55 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 3 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  Movqe.az-a  verilən məlumata görə, fevralın 3-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,9111 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 2,0561 manat təşkil edir.

1 türk lirəsi 0,5110 manat, 1 rus rublu 0,0322 manatdır.