Yanvar ayında 31 çoxmərtəbəli bina qazlaşdırılıb

3 Fevral 2017 10:09 (UTC+04:00)

Bu ilin yanvar ayında 31 çoxmərtəbəli binaya təbii qaz verilib.

Bu barədə Movqe.az-a  “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, “Azəriqaz” İB 2017-cı ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 31 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda 1841 ailə yaşayır.