Bakıda 54 yaşlı kişi intihar edib

3 Fevral 2017 10:55 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib.
 
Binəqədi rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsinin Çiçək yaşayış massivində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Elqar Allahverdi oğlu Hümbətov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

APA