Beyonce 12 saatda Instagramın indiyə qədərki bəyənmə rekordunu qırdı!

3 Fevral 2017 11:23 (UTC+04:00)

Dünyanın Instagramda ən çox izlənilən ilk üç nəfəri arasında olan Beyonce, 14 saat əvvəl paylaşdığı şəkillə yeni like rekorduna imza atdı!

Beyonce, dünən paylaşdığı şəkil ilə pərəstişkarlarına böyük bir sürpriz etdi. Əkiz uşaq gözləyən Beyonce, bunu çəkdiyi xoş bir şəkillə elan etmiş oldu. Bu paylaşım, əlavə olaraq özünü qırılması çətin bir rekordun da sahibi etdi.

Sadəcə 12 saatda 7 milyonu keçən bəyənmə sayına sahib olan şəkil, Instagramda bütün zamanların da ən çox bəyənilən şəkili oldu.

Tecnote.az