Sibel Can "O səs Türkiyə"də azərbaycanlı iştirakçını seçdi - VİDEO

3 Fevral 2017 13:22 (UTC+04:00)

Ötən gün “O səs Türkiyə” yarışmasında çıxış edən azərbaycanlı iştirakçı Mehman Tağıyev növbəti mərhələyə yüksəlib. Movqe.az-ın məlumatına görə, M.Tağıyev müsabiqənin digər iştirakçısı Hüsnü Sarmışla “Duellər” mərhələsində yarışıb.Onlar “Sen de gidersin” adlı mahnını səsləndiriblər. Sonda Sibel Can Mehmanın çıxışını bəyənib və onunla davam etmək istədiyini bildirib. 

lent.az