Olimpiya medalını hazırlamaq üçün maraqlı fikir

3 Fevral 2017 14:28 (UTC+04:00)

2020 Tokio Olimpiadasının təşkilatçıları mükafatçılar üçün medalları nədən hazırlamaq barədə fikirləşir. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, medalları istismarı müddəti başa çatan smartfonlardan hazırlamaq planlaşdırılır. Təşkilatçılar bunu smartfonların hazırlanmasında qızıl, gümüş və bürünc kimi dəyərli metallardan istifadə olunması ilə əlaqələndirir. Hazırda Yaponiyada istifadə müddəti başa çatan smartfonlarda 150 kq qızıl olduğu müəyyən olunub. Yaponiyada hər il 650 min ton elektronika məmulatı atılır. bunun yalnız 10 min tonu təkrar emal olunur.