Aİ Rusiyaya qarşı sanksiyaların vaxtını uzadacaq

5 Fevral 2017 20:00 (UTC+04:00)

Avropa İttifaqı martın ortalarında Rusiyanın və Ukraynanın 100 vətəndaşına qarşı sanksiyaların müddətini daha yarım il uzada bilər.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Brüsseldəki mənbələrdən agentliyə daxil olan məlumata görə, iş adamlarına və bəzi banların sahiblərinə tətbiq ediləcək sanksiyalar aktivlərin dondurulmasını və Avropa ölkələrinə girişə qadağa qoyulmasını nəzərdə tutur.