Lionel Messi daha bir rekorda imza atıb

5 Fevral 2017 21:00 (UTC+04:00)

Lionel Messi La Liqanın XXI turunda “Atletik”lə oyunda (3:0) daha bir dəfə cərimə zərbəsindən fərqlənib. movqe.az saytının məlumatına görə, bu, argentinalının “Barselona” formasında vurduğu 27-ci belə qoldur.

 
29 yaşlı super ulduz bununla da əfsanəvi Ronald Kumanı geridə qoyub və komandanın rekordçusu olub.
 
Hazırda “Everton”un baş məşqçisi olan hollandiyalı Kuman katalonların heyətində cərimə zərbəsindən 26 qol vurmuşdu.