Türkiyə müdafiə naziri: 7-i general olmaqla, 149 hərbçi axtarışdadır

5 Fevral 2017 21:30 (UTC+04:00)

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra axtarışda olan hərbçilərin sayı açıqlanıb.

 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə naziri Fikri İşıq 7-i general olmaqla, 149 hərbçinin axtarışda olduğunu bildirib.
 
Axtarışda olanlar sırasında bir hərbi kursant da var.