Sabah hava küləkli olacaq

5 Fevral 2017 23:00 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

“Movqe” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.