`İran ABŞ-a hörmət etmir` - Trampdan xəbərdarlıq

6 Fevral 2017 11:20 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-a qətiyyən hörmət etmir və o, bir nömrəli terror dövlətidir. Movqe.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində deyib. "İran bizim ölkəmizə qətiyyən hörmət etmir. O, bir nömrəli terror dövlətidir. O, silahlanmaya pul yatırır", — deyə Tramp vurğulayıb. ABŞ prezident İrana qarşı sanksiyalar tətdbiq edəcəyinə vəd verib və əlavə edib ki, ABŞ artıq bunu etməyə başlayıb. Tramp öz hərəkətləri barədə əvvəlcədən heç kimə xəbərdarlıq etməyəcəyini deyib.