Qadın dəm qazından zəhərləndi

6 Fevral 2017 12:52 (UTC+04:00)

Biləcəri qəsəbəsində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, fevralın 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Elmira Seyidova evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.